Aşkarlanan qaz sızmasının aradan qaldırılması məqsədilə Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılıb.
Bu barədə Lent.az-a "Azəriqaz"dan xəbər verilib.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması ilə əlaqədar iyunun 12-də saat 09:30-dan etibarən işlər başa çatanadək Abşeron rayonunun Novxanı kəndində və Xırdalan şəhərinin Quşçuluq massivində qaz təchizatı dayandırılıb.
Qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra abonentlərin qaz təchizatı bərpa ediləcək.
qaz kəsilibMənbə: lent.az