Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Toyota" və "Renault" markalı minik avtomobilləri toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
beyləqan qəza


Mənbə: lent.az