Kardioloqların apardığı araşdırmada ürək dayanması keçirən 35–65 yaş arası 600 kişinin xəstəlik məlumatları təhlil edilib. Nəticələr ürək tutmasının yaxınlaşdığını göstərə biləcək bir neçə tipik əlaməti müəyyən etməyə imkan verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar qəfil ölümün öncədən heç bir əlamət olmadan baş vermədiyi qənaətindədirlər. Həkimlər vurğulayıblar ki, əsas amil yaxınlaşan ürək dayanmasının əlamətlərini vaxtında tanımaq bacarığıdır.
İlk növbədə, sinə nahiyəsində və ya sol çiyində yaranan ağrılara diqqət yetirmək lazımdır. Bundan əlavə, tez-tez nəfəs darlığı, başgicəllənmə və ürək ritmində qəfil dəyişikliklər müşahidə olunur.
Ürəyin tezliklə dayanmasına işarə edə biləcək əlavə əlamətlərə huşun itməsi, arterial təzyiqin kəskin yüksəlməsi və üz rənginin dəyişməsi daxildir.
Həkimlər qeyd ediblər ki, əlamətlərin təxminən 80 faizi qəfil ürək dayanmasından dörd həftə ilə bir saat arasındakı müddətdə özünü göstərib.
sağlıq ürəkdə yaranan problemlər necə müəyyən olunurMənbə: lent.az