Quba rayonunda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Cağacuq kəndində qeydə alınıb.
Kənd sakini, 1952-ci il təvəllüdlü Əşrəf Ağalar oğlu Baloğlanov yaşadığı evdə işləyərkən ehtiyatsızlıqdan laqunda ilə ayaq nahiyəsinə xəsarət yetirib.
O, xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
HadisələrMənbə: lent.az