IMG-LOGO

Culfada yanğın: ana və oğlu yaralandı

11 Jun 2026 14:19 4 baxış
IMG
0 0

Culfa şəhərində baş verən yanğın zamanı ana və oğlu xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, yanğın nəticəsində xəsarət alan ana 22 yaşlı  Zeynalova Fidan Dünyamin qızı və onun övladı 3 yaşlı Zeynalov Emil Cəfər oğlu əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətlərinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti