Numeroloqların fikrincə, bəzi doğum tarixləri maddi imkanlar və karyera uğuru baxımından daha əlverişli hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu tarixlərdə dünyaya gələn insanlar resursları düzgün idarə etmək, maliyyə qərarları vermək və yeni imkanları dəyərləndirmək baxımından fərqlənə bilirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, numerologiyada ayın 1-i, 10-u, 19-u və 28-də doğulanlar liderlik enerjisi ilə əlaqələndirilir.
Bu insanlar qərarları tez qəbul edir, məsuliyyətdən çəkinmir, insanları və prosesləri idarə etməyi bacarır, sıfırdan layihələr qurmağa meylli olurlar. Eyni zamanda, onlar gələcək perspektivləri vaxtında görmək və strateji düşünmək qabiliyyəti ilə seçilirlər. Məhz bu xüsusiyyətlərin onların maliyyə sahəsində uğur qazanmasına kömək etdiyi qeyd olunur.
Ayın 4-ü, 13-ü, 22-si və 31-də doğulanlar isə praktik düşüncəli və nizam-intizamlı insanlar kimi xarakterizə edilir. Numeroloqlar hesab edirlər ki, bu şəxslər başladığı işi sona çatdırmaqda israrlı olur, xərclərini və investisiyalarını planlı şəkildə idarə edir, nəticəyə yönəlmiş fəaliyyət göstərirlər. Onların impulsiv qərarlardan uzaq durduğu, maliyyə resurslarını toplamaq və artırmaq bacarığına sahib olduqları bildirilir.
Ayın 8-i, 17-si və 26-da doğulanlar ambisiyaları və böyük hədəflərə can atması ilə diqqət çəkir. Bu tarixlərdə doğulan insanların yüksək nəticələr əldə etməyə çalışdığı, maddi imkanları düzgün qiymətləndirdiyi, çətinlikləri asanlıqla dəf etdiyi vurğulanır. Numeroloqlar onların biznes, idarəetmə və investisiya sahələrinə daha çox maraq göstərdiyini, ideyalarını real gəlir mənbəyinə çevirmək qabiliyyətinə malik olduqlarını bildirirlər.
Mütəxəssislərin fikrincə, bu xüsusiyyətlərə sahib olan insanlar çox vaxt təsadüf nəticəsində deyil, xarakterlərinin gücü və doğru qərarlar sayəsində karyera və biznes sahəsində nəzərəçarpacaq uğurlar qazanırlar.
numerologiya astrologiyaMənbə: lent.az