IMG-LOGO

Bakıda "Qazel" motosikletlə toqquşdu: ölən var

11 Jun 2026 09:31 5 baxış
IMG
0 0

Bakıda ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə ötən gecə Xəzər rayonunda qeydə alınıb.

1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub. 

Nəticədə motosikletdə olan sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət alıb, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti