IMG-LOGO

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

18.04.2024 19:59 73 baxış
IMG

Bu payızda buraxılmağa hazırlaşan “iPhone 16 Pro”, minimum versiyada iki dəfə çox yaddaş alacaq. 

Lent.az xəbər verir ki, bu “Macobserver” portalı məlumat yayıb .

Cari “iPhone 15” xətti əsas versiyalarda yalnız 128 GB daxili yaddaş təklif edir. Yeganə istisna “iPhone 15 Pro Max”dır, onun 256 GB-lıq yaddaş həcmi var. Mənbənin məlumatına görə, “iPhone 16 Pro” həmçinin 256 GB daxili yaddaşa malik olacaq.

Eyni zamanda, əsas “iPhone 16” və “16 Plus” 128 GB tutumunu saxlayacaq. Bu da 2024-cü ilin sonunda flaqmanlar üçün kifayət etməyəcək.

Keçən il “Apple” “iPhone 15 Pro Max”da yaddaşın minimum həcmini 256 GB-a qədər artırmışdı. Bu da cihazın qiymətinə təsir etdi və smartfon 100 dollar bahalaşdı. “iPhone 16 Pro”da belə bir dəyişikliyin onun qiymətinə təsir edib-etməyəcəyi, yoxsa “Apple”ın qiymət etiketini 999 dollar səviyyəsində saxlayacağı barədə isə hələlik məlumat verilmir.

Bir çox mənbələrə görə, “iPhone 16 Pro” 6,3 düym, “16 Pro Max” isə 6,9-a qədər artırılmış ekran alacaq. Cari xətt müvafiq olaraq 6,1 və 6,7 düym diaqonalı olan displeylərdən istifadə edir. “iPhone 16”nın təqdimatı 2024-cü ilin sentyabrında gözlənilir.  

Xəbər lenti