IMG-LOGO

"Yaşıl teatr" Bakı icra hakimiyyətindən alındı

10 Jun 2026 23:13 4 baxış
IMG
0 0

“Yaşıl teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı Bakı şəhər İcra Hakimiyyətindən alınıb, Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl eatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməlidir.

Yaşıl Teatr

Mənbə: lent.az

Xəbər lenti