IMG-LOGO

Bakıda arvadını öldürən qısqanc kişiyə AĞIR CƏZA

15.11.2023 11:54 84 baxış
IMG

Bakıda həyat yoldaşınıı qətlə yetirməkdə ittiham olunan Zöhrab Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Lent.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. 

Dövlət ittihamçısı çıxışında Zöhrab Quliyevə 10 il həbs istəyib. Məhkəmənin yekun qərarı ilə o, 9 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 40 yaşlı Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 46 yaşlı Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Zöhrab Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti