"TikTok" sosial şəbəkəsi Qırğızıstanda fəaliyyətini qismən dayandırıb.
Lent.az qırğız mətbuatına istinadla xəbər verir ki, "TikTok"a həm mobil cihazlardan, həm də kompüterlərdən daxil olmaq demək olar mümkün deyil. Sosial şəbəkədən videolar hələ də vaxtaşırı endirilsə də, bunun üçün kifayət qədər çox vaxt, təxminən 5-10 dəqiqə tələb olunur.
Qeyd edək ki, bir neçə gün əvvəl Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə "TikTok"a girişin məhdudlaşdırılmasını tələb edib.