IMG-LOGO

Naxçıvana dolu yağdı

09 Jun 2026 20:37 3 baxış
IMG
1 0

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur.

Lent.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən APA-ya verilən məlumata görə, muxtar respublikanın bəzi dağlıq və dağətəyi ərazilərində yağıntılı hava şəraiti qeydə alınıb.

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb. Məlumata əsasən, yağan dolunun diametri 1 santimetr olub.

Hazırda bölgədə hava şəraiti nəzarətdə saxlanılır.

 

naxçıvan dolu

Mənbə: lent.az

Xəbər lenti