IMG-LOGO

"Zirə"nin futbolçusu I Liqa klubuna keçib

04 Feb 2026 10:44 4 baxış
IMG

"Zirə"nin futbolçusu Əkbər Eyubov Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"ə keçib.

"Report" Mingəçevir klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı müfdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.

O, yeni komandasında 33 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Mingəçevir" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.

Xəbər lenti