Yaponiyanın Utsunomiya şəhərində bir neçə gündür küçələrdə insanları qorxudan ayı səbəbindən təxminən 100 məktəb bağlanıb.
Lent.az bildirir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
"Tokionun təxminən 100 kilometr şimalında yerləşən yarım milyon əhalisi olan Utsunomiya şəhərinin hakimiyyət orqanları şənbə günü şəhərdəki bir parkın yaxınlığında Himalay qara ayısının görülməsindən sonra tədbir görüb. 94 ibtidai və orta məktəbin hamısı bağlanıb", - xəbərdə bildirilir.
Qeyd edilir ki, ayı bir neçə gündür şəhərin müxtəlif yerlərində müşahidə kameralarına düşüb. Həmçinin bildirilir ki, Yaponiyada bu il rekord sayda - təxminən 50.000 ayı müşahidə olunub. Onların əksəriyyəti ölkənin şimal-şərqində olub.
Daha sonra Yaponiyanın "Asahi" qəzeti ayının tutulduğunu bildirib. Baytarlar onu sakitləşdirərkən ayı həyətdə gizlənib. Heyvan şəhər hüdudlarından kənara aparılıb.
Ayı Yaponiya məktəb dərsMənbə: lent.az