IMG-LOGO

Xərçəngdən əziyyət çəkən aktrisadan əri üz döndərdi

09 Jun 2026 17:33 5 baxış
IMG
4 0

Hollivud ulduzu Şeron Stoun ilk dəfə ikinci evliliyinin bitməsinə səbəb olan hadisə barədə danışıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, həyat yoldaşı jurnalist Filip Bronşteinin onun ciddi sağlamlıq problemlərinə münasibəti evliliklərinin sonunu gətirib.

2000-ci illərin əvvəllərində aktrisanın döş nahiyəsində iri törəmələr aşkarlanıb. Xərçəng riski yüksək olduğuna görə mütəxəssislər hər iki süd vəzinin götürülməsi ilə bağlı mürəkkəb əməliyyat keçirməyi tövsiyə ediblər.

Şişlərin xoşxassəli ola biləcəyinə inansa da, Stoun sağlamlığını qorumaq üçün əməliyyata razılıq verib. Lakin onu ən çox sarsıdan məhz həyat yoldaşının reaksiyası olub. Aktrisanın sözlərinə görə, əri onun əməliyyat qərarını dəstəkləməyib və həyatının ən çətin anlarından birində yanında olmayıb.

"Ərim hər iki süd vəzimin götürülməsinə qəzəblənmişdi. Onu xərçəngin məni öldürə biləcəyi isə narahat etmirdi", – aktrisa bildirib.

O, etiraf edib ki, həmin söhbətdən sonra münasibətləri sona çatıb. Aktrisa ən çətin məqamda qorxuları və narahatlıqları ilə təkbaşına mübarizə aparmalı olub. Daha sonra əməliyyat uğurla başa çatıb və müayinələrin nəticələri törəmələrin bədxassəli olmadığını göstərib. Buna baxmayaraq, yaşananlar Hollivud ulduzunun şəxsi həyatını tamamilə dəyişib.

Qeyd edək ki, aktrisa jurnalist Fil Bronşteyn ilə 1998-ci ildə ailə həyatı qurub və təxminən beş il birlikdə yaşayıb. Onların ayrılığı barədə 2003-cü ildə məlumat yayılıb, 2004-cü ilin əvvəlində isə rəsmən boşanıblar.

Şeron Stoun xərçəng boşanma

Mənbə: lent.az

Xəbər lenti