Türkiyədə yaşayan Azərbaycan əsilli məşhur aparıcı Çağla Şikel uzun müddətdir izləyicilərinin maraqla gözlədiyi 9 otaqlı lüks villasından paylaşım edib.
Lent.az Tükiyə KİV-nə istinadla xəbər verir ki, iki oğlu Kuzey və Uzay ilə birlikdə yaşadığı möhtəşəm malikanənin dekorasiya detalları böyük maraq doğurub.
Gözəl aparıcının sosial media hesabında tez-tez paylaşdığı, sadə və zərif tonlarla bəzədilmiş mətbəxi izləyicilər tərəfindən böyük bəyənmə qazanıb. Sanki sarayı xatırladan bu lüks villanın heyranedici detalları yalnız mətbəxlə məhdudlaşmır.
Ümumilikdə 9 otaqdan ibarət geniş evin qonaq otağında da sadəlik zərifliklə birləşir. Əsasən torpaq tonları, bej və ağ rənglərin üstünlük təşkil etdiyi dekorasiyada rahat mebellər və müasir incəsənət elementləri ön plana çıxır.
Qeyd edək ki, Ç.Şikel yaxın zamanlarda məşhur iş adamı Mert Can Tunca ilə yeni münasibətə başlayıb.
Çağla Şikel malikanə



Mənbə: lent.az