Lənkəranda balıqçıya məxsus vaqon yanıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Səxavət Həsənova məxsus, içərisində balıq torları və digər balıqçılıq ləvazimatlarının saxlanıldığı vaqon alışaraq yanmağa başlayıb. Alov qısa müddətdə bütün vaqonu əhatə edib.
Hadisə yerinə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində vaqonda olan bütün balıqçılıq ləvazimatları yanaraq yararsız vəziyyətə düşüb. İlkin məlumata görə, hadisə nəticəsində balıqçıya 10 min manatdan artıq maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev
lənkəran yanğın



Mənbə: lent.az