IMG-LOGO

Nicat Abasov Hikaru Nakamura ilə heç-heçə etdi

07 Apr 2024 04:26 361 baxış
IMG

Şahmat üzrə İddiaçılar turnirində III turun oyunları keçirilib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Təmsilçimiz ağ fiqurlarla oynayıb. Tərəflər 29-cu gedişdə sülhə razı olublar.

İddiaçılar turniri III tur, 6 aprel Nicat Abasov – Hikaru Nakamura - 0,5:0,5 Alireza Firuzya – Fabiano Karuana Dommaradju Qukeş – Yan Nepomnyaşi Vidit Santoş Qujrati – Rameşbabu Praqnanandja

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Vidit Santoş Qujrati (Hindistan) – 1,5, 3-4. Fabiano Karuana (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 1,5, 5-6. Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) – 0,5, 7-8. Alireza Firuzya (Fransa), Rameşbabu Praqnanandja (Hindistan) – 0,5.

Qeyd edək ki, Abasov IV turda Alireza Firuzya ilə qarşılaşaq. Şahmatçımız yenə ağ fiqurlarla mübarizə aparacaq.

Mənbə: lent.az

Xəbər lenti