IMG-LOGO

Aeroport yolunda kişini maşın vurub öldürdü

06 Jun 2026 19:43 3 baxış
IMG
3 0

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, aeroport yolunda qeydə alınıb.

Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr yol qəzası

Mənbə: lent.az

Xəbər lenti