Sosial şəbəkələrdə sürətlə yayılan və böyük rezonans doğuran bir video robotların təhlükəsizliyi ilə bağlı ciddi sualları yenidən gündəmə gətirib. Kadrlarda görünür ki, mavi kloun pariki taxılmış insanabənzər robot nümayiş zamanı fırlanaraq tamaşaçılar arasında dayanan azyaşlı uşağın qarın nahiyəsinə təpik vurur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Çinin şimal-qərbində yerləşən Sincan bölgəsində baş verib.
Çin mətbuatının yaydığı xəbərlərdə bildirilib ki, xoşbəxtlikdən uşaq ciddi xəsarət almayıb və hadisə ağır nəticələrə səbəb olmayıb.
Video internet istifadəçiləri arasında geniş müzakirələrə yol açıb. Bir çox istifadəçi hadisəni robotların gələcəkdə insanlara qarşı təhlükə yarada biləcəyi ilə bağlı zarafatlara çevirməyə çalışıb.
Bu, insanabənzər robotların insanlara xəsarət yetirməsi ilə bağlı ilk hadisə deyil. Bu ilin əvvəlində Çində keçirilən başqa bir nümayiş zamanı digər bir "Unitree G1" robotu tarazlığını itirərək yerə yıxılmışdı. Yıxıldıqdan sonra robotun ətraflarını nəzarətsiz şəkildə hərəkət etdirdiyi və nəticədə yaxınlıqda olan kişinin burnuna zərbə vuraraq qanaxmaya səbəb olduğu bildirilmişdi.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr robot texnoMənbə: lent.az