IMG-LOGO

İrandan Azərbaycana qaçan əfqanlar SAXLANILDI

06 Jun 2026 09:56 4 baxış
IMG
1 0

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə iyun ayının 1-də Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 27 yaşlı Amini Del Aqa və 23 yaşlı Rahimi Nazirgül saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Hadisələr sərhəd DSX

Mənbə: lent.az

Xəbər lenti