Harvard və Virciniya universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, uzaqdan iş formatı əməkdaşların psixi vəziyyətinə mənfi təsir göstərir.
Lent.az xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan materialda məlumat verilib.
Alimlər 500 mindən çox amerikalının sorğu məlumatlarını təhlil ediblər.
Məlum olub ki, distant rejimə keçiddən sonra əməkdaşlar orta hesabla iş vaxtını 1.2 saat artırır, eyni zamanda canlı ünsiyyəti azaldırlar.
Uzaqdan işləyərkən bir neçə günü heç bir sosial təmas olmadan keçirmə ehtimalı əhəmiyyətli dərəcədə artır.
Belə hallar xroniki stresə səbəb olur ki, bu da perspektivdə narahatlıq pozğunluqlarına və ya depressiyaya çevrilə bilər.
Tədqiqat, həmçinin göstərib ki, distant işləyənlər həmkarları ilə qeyri-rəsmi əlaqələri daha az saxlayır və ictimai tədbirlərdə daha az iştirak edirlər. Bu baxımdan tək yaşayan əməkdaşlar ən həssas qrupu təşkil edirlər.
Distant işMənbə: lent.az