Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, qəza Qaraməryəm–İsmayıllı–Şəki magistral yolunun rayonun Calud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "KIA" və VAZ-21012 markalı avtomobillər toqquşub. Nəticədə VAZ markalı avtomobildə olan Bərdə rayon sakinləri – 39 yaşlı Məzahir Şahnamazov və 30 yaşlı Məmi İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov
oğuz qəza


Mənbə: lent.az