IMG-LOGO

Bakıxanovda yaşayış binasında YANĞIN - YENİLƏNİB

05 Jun 2026 18:00 4 baxış
IMG
1 0

Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

*** 17:55

Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, yanğın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə  xidmətlərinin qüvvələri cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.

Hadisələr yanğın FHN

Mənbə: lent.az

Xəbər lenti