IMG-LOGO

Gəmidə həlak olanlardan biri Zaqataladandır - ADLAR

05 Jun 2026 16:31 3 baxış
IMG
0 0

Xəbər verdiyimiz kimi, iyunun 5-ə keçən gecə göyərtəsində 25 azərbaycanlının olduğu iki gəmi Azov dənizində vurulub.

Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, gəmidə həlak olanlardan biri Zaqatala rayonu, Aşağı Tala kənd sakini, 1997-ci il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyevdir. 

Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, digər həlak olanlar isə Fuad, Rəcəb, Qismət və Elnur adlı şəxslərdir.

Qeyd edək ki, gəmidə həlak olanların kimliyi ilə bağlı hələlik rəsmi məlumat yayılmayıb.

Sizin brauzer video tagını dəstəkləmir.

Gəminin vurulma anı

Rusiya-Ukrayna müharibəsi Azov dənizi PUA hücumu

Mənbə: lent.az

Xəbər lenti