Ultramarin mavi “Yves Klein Blue” dırnaq boyası bu yay manikür trendlərinin ən populyarlarından biridir. Parlaq və eklektik rəng isti və günəşli mövsüm üçün ideal seçim sayılır.
Lent.az bu rəngi təqdim edir:
Bu yay ən populyar rənglərdən biri ultramarin mavi “Yves Klein Blue” olacaq. Bu, dəniz dərinliklərindən ilhamlanan, elektrik çalarını xatırladan tünd mavi rəngdir və öz yaradıcısının adını daşıyır. Hələ 1960-cı illərdə fransız rəssam İv Klain ultramarin mavi tonu xüsusi bağlayıcı maddə ilə birləşdirərək yeni çalar yaradıb.
Rəssam bu rəngi monoхrom əsərlər seriyasında istifadə edib və nəticədə onun yaradıcılığı böyük uğur qazanaraq tanınıb. Məhz bu zəngin və parlaq “Yves Klein Blue Ultramarine” bu mövsüm dırnaq boyasının trend rənginə çevrilib.
Nail-art mütəxəssislərinin sözlərinə görə, bu rəng özü artıq kifayət qədər diqqətçəkəndir. Buna görə də ultramarin mavi lakı istifadə etməyin ən ideal yolu dırnaqları tam şəkildə bir rənglə boyamaqdır. Bununla yanaşı, daha vurğulu görünüş üçün onu yalnız bir dırnaqda istifadə etmək və ya nail-art vasitəsilə zərif rəngli toxunuşlar yaratmaq da mümkündür.
Dəb ultramarin manikür 2026 manikür trendləri




Mənbə: lent.az