Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında Biləsuvar rayonu ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar rayon xəstəxanasına hospitalizasiya olunublar.
TƏBİB-dən verilən məlumatda bildirilib ki, Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1961-ci il təvəllüdlü şəxsə (qadın) döş qəfəsi və sol baldırın səthi travmaları, üz nahiyəsində sınıq və çıxıq xəsarətləri diaqnozu qoyulub. Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib və ixtisaslaşmış müalicə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
1950-ci il təvəllüdlü şəxsə (qadın) isə döş qəfəsinin sol tərəfli 9-cu və 10-cu qabırğalarının sınığı və sol baldırın səthi travması diaqnozları təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
İlkin Rzayev
qəza Biləsuvar
Mənbə: lent.az