IMG-LOGO

Qaradağda saxlanılan vəzifəlilərin məhkəməsi BAŞLADI

04 Jun 2026 17:53 3 baxış
IMG
1 0

Qaradağ Rayon Məhkəməsində Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat nəticəsində saxlanılan Nadir Muradov, Qafar Abdullayev, İsa Şəmsəliyev, Rəşad Nadirlinin cinayət işi üzrə məhkəmə baxış prosesi başlayıb.

Lent.az xəbər verir ki, hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Növbəti proses 12 iyuna təyin edilib.

Xatırladaq ki, ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov saxlanılıb. Binəqədi rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətikmkan tədbiri seçilib. Bu il fevral ayında həbs müddəti yenidən uzadılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Hadisələr cinayət işləri məhkəmə işləri

Mənbə: lent.az

Xəbər lenti