IMG-LOGO

"Mənə satdığı evi başqasına da satıb" - Belarusda saxlanılan biznesmenin İŞİ

04 Jun 2026 12:47 3 baxış
IMG
3 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusdan Azərbaycana ekstradisiya edilən, "Simpatiya-S" MMC-nin rəsmi şəxsi olan Ağasəmid Məhərrəmov və MMC-nin kargüzarı Lamiyə Vəliyevanın məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

İş üzrə zərərçəkən qismində tanınan M.Y ifadəsində təqsirləndirilən A.Məhərfəmovun eyni evi həm ona, həm də başqasına satdığını bildirib:

"Ağasəmid Yeni Yasamal ərazisində mənə satdığı evi eynilə başqasına da satıb. Ona bu ev üçün 80 000 manat ödəmişdim. Lamiyə xanımı da mühasib kimi tanımışam. Mənə dəyən ziyan ödənilib deyə şikayətim yoxdur".

Növbəti proses 25 iyun saat 12:00-yə təyin olunub.

Xatırladaq ki, iyunun 8-də Baş Prokurorluğun vəsatəti əsasında Belarus Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Məhərrəmov Ağasəmid Fərzulla oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ağasəmid Məhərrəmovun dələduzluq, həmçinin, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

A.Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Sözügedən MMC-nin kargüzarı olmuş Lamiyə Vəliyeva Cinayət Məcəlləsinin 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə ittiham olunaraq barəsində qətimkan tədbiri seçilib.

Hadisələr cinayət işləri məhkəmə işləri kriminal xəbərlər dələduzluq

Mənbə: lent.az

Xəbər lenti