Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan 1 nəfər sərhəd pozucusuna qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.
Lent.az xəbər verir ki, bu məlumat Dövlət Sərhəd Xidmətinin may ayının icmalında yer alıb.
Qeyd olunub ki, yaralıya ilkin tibbi yardım göstərilərək ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi təmin edilib. Lakin həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hadisələr kriminal xəbərlər DSX sərhədMənbə: lent.az