Nyu-York yaxınlığında 4 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə məlumat ABŞ Geoloji Xidmətinin saytında yer alıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri Nyu-Cersi ştatının Qladstoun şəhərindən 7 km aralıda yerləşib.
Zəlzələ ocağı yerin 9,4 km dərinliyində yerləşib.
Bundan əvvəl Nyu-York yaxınlığında zəlzələ baş verib, Manhettendə isə yeraltı təkanların gücü 4,8 bal olub.
Həmçinin Nyu Yorkdakı zəlzələdən sonra JFK və "Newark" hava limanları müvəqqəti bağlanıb.