IMG-LOGO

İran İsraili vurmağa hazırlaşır

06.04.2024 02:22 49 baxış
IMG

ABŞ və İsrail əmindir ki, İran Dəməşqdəki konsulluğa edilən hücuma görə qisas almağa hazırlaşır.

Lent.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

ABŞ kəşfiyyatının hesablamalarına görə, cavab zərbəsi dronlar və qanadlı raketlərin birləşməsi ilə edilə bilər. 

Telekanal zərbələrin təxmini vaxtını açıqlamar. Lakin ehtimal edir ki, Dəməşqdəki hücuma cavab İsrail diplomatik obyektləri olacaq.

Mənbələr hesab edir ki, zərbələr gələn həftə ola bilər.

Telekanal həmçinin qeyd edir ki, dronların və raketlərin İraqdan, Suriyadan və ya İranın ərazisindən haradan atılacağı hələ də bəlli deyil.

Ağ Ev daha əvvəl İranın Suriyadakı konsulluğuna hava zərbəsi vurulduqdan sonra İran və İsrail arasında genişmiqyaslı müharibə ehtimalından narahat olduqlarını bildirmişdi.

Bu fonda İsrail hakimiyyəti dünyadakı 28 diplomatik missiyasının işini dayandırmağa qərar verdi.

Xəbər lenti