IMG-LOGO

Yasamalda "Changan" belə yandı - VİDEO

03 Jun 2026 15:20 5 baxış
IMG
0 0

Bakıda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “CHANGAN” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.

Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr avtomobil yanğın FHN

Mənbə: lent.az

Xəbər lenti