IMG-LOGO

Azərbaycandan Gürcüstana qaçan 6 afrikalı Zaqatalada SAXLANILDI

03 Jun 2026 12:39 5 baxış
IMG
2 0

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər Nigeriya Federativ Respublikası vətəndaşı – 46 yaşlı İguare Oliver Osagie, 40 yaşlı Ogungbure Adesoji Austin, 34 yaşlı Akinniyi Olamilekan Sunday, 32 yaşlı Adele Moshood Adekunle, 29 yaşlı King Tamarasinla Gloria, 28 yaşlı Ajala Oluvafemi Moses keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Hadisələr sərhəd Zaqatala

Mənbə: lent.az

Xəbər lenti