IMG-LOGO

"Ofisə gəlirdi, deyirdilər, gülürdülər, çıxıb gedirdi" - Tiktoker "Beniz"in MƏHKƏMƏSİ

02 Jun 2026 18:08 2 baxış
IMG
0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi  ilə davam edib.

Şahid A.K-nin ilkin istintaq zamanı verdiyi  ifadəsi elan olunub.

A.K təqsirləndirilən Aybəniz Xəlilovanı əvvəllər tanımadığını,  ifadədə qeyd olunanların, eləcə də imzanın ona məxsus olmadığını bildirib. 

Digər şahid İ. İ zərərçəkən Xalid Kərimova məxsus mebel sexində fəhlə işlədiyini deyib:

"Aybəniz xanımla Xalidin yaxşı münasibətləri olub. Xanım hərdən ofisə gəlirdi, yemək gətirirdi. Deyirdilər, gülürdülər, sonra çıxıb gedirdi".

Növbəti proses 16 iyun saat 15:30-a təyin olunub. 

Xatırladaq ki, X.Kərimov A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.

Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

Tiktoker barəsində cinayət işi başlanıb.

A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

tiktoker Beniz Aybəniz Xəlilova

Mənbə: lent.az

Xəbər lenti