Gürcüstanda azərbaycanlı qadın 7 yaşlı oğlunu öldürüb.
Lent.az xəbər verir ki, hadisə Bolnisi rayonunun Dəmirli kəndində qeydə alınıb.
Məlumata görə, Azərbaycan vətəndaşı olan 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu Fərrux Əhmədovun ürəyinə qayçı ilə zərbə vurub. Nəticədə uşaq qanitirmədən hadisə yerində ölüb. Bildirilir ki, cinayətdən sonra ana bıçaqla özünə 9 xəsarət yetirərək, intihara cəhd edib.
Qadın saxlanılıb və barəsində Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə cinayət işi açılıb.
Yayılan məlumatlara görə, saxlanılan qadının psixi problemləri olub.
Hadisələr kriminal xəbərlər qətlMənbə: lent.az