IMG-LOGO

Çay balığını yemək təhlükəlidir? - CAVAB

02 Jun 2026 09:37 3 baxış
IMG
0 0

Çay balığı yüksək zülal və vacib mikroelementlərlə zəngin olduğuna görə faydalı qida hesab edilir. Lakin mütəxəssislər xəbərdarlıq edir: düzgün saxlanmadıqda, kifayət qədər bişirilmədikdə və ya çirklənmiş su hövzələrindən tutulduqda belə balıq sağlamlıq üçün ciddi risk yarada bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, çay balığında orqanizm üçün ciddi təhlükə yarada bilən parazitlər ola biləcəyi məlum olub.

Əsas təhlükə parazitlərə yoluxma ehtimalıdır. Xüsusilə mütəxəssislər opisthorxoz riskini vurğulayırlar. Bu xəstəlik zamanı parazitlər öd yollarını zədələyir.

Vaxtında müalicə olunmadıqda xəstəlik xroniki formaya keçə və ağır hallarda qaraciyər sirrozu kimi ciddi fəsadlara səbəb ola bilər. 

Ən faydalı hesab olunan çay balıqları

Mütəxəssislər  nisbətən təhlükəsiz və faydalı hesab olunan bir neçə növü qeyd edib:

• Sudak 

• Şuka 

• Amur 

• Çapaq (leş) 

• Okun 

• Sazan (karp)   

sağlam qida çay balığının faydası və zərərləri

Mənbə: lent.az

Xəbər lenti