Bakının Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-a bildirilib ki, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil olunub.
Hər iki ünvanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanları yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
sosial xəbərlər taksi AYNA
Mənbə: lent.az