IMG-LOGO

"Bitcoin"ləri satdı - Milyarder investor sözünü tuta bilmədi

02 Jun 2026 03:42 2 baxış
IMG
1 0

Kriptovalyutanın ən böyük korporativ sahibi - Maykl Seylorun "MicroStrategy" şirkəti bir sikkə üçün orta hesabla 77 135 dollar qiymətinə təxminən 2.5 milyon dollar dəyərində 32 "Bitcoin" satıb.

Lent.az xəbər verir ki, bu barədə RBK ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) istinadən məlumat yayıb. Hesabata əsasən, sözügedən əməliyyat 26-31 may tarixləri arasında baş tutub.

"MicroStrategy" "Bitcoin" ehtiyatlarının formalaşdırılması və idarə olunması ilə məşğuldur. Şirkət kriptovalyuta almaq üçün lazım olan vəsaiti qiymətli kağızların yerləşdirilməsi hesabına cəlb edir. Onun təsisçisi Maykl Seylor uzun illər boyu "Bitcoin"ləri heç vaxt satmayacağına dair verdiyi vədlərlə tanınır. O, bir dəfə hətta "Bitcoin" satmaqdansa, böyrəyimi satsam daha yaxşıdır" ifadəsini işlədib.

Lakin "Bitcoin"in məzənnəsinin gözlənildiyi qədər yüksək olmaması və buraxılmış səhmlə istiqrazlar üzrə artan öhdəliklər şirkəti borcların bağlanması üçün ehtiyatları xərcləməyə məcbur edir.

İyunun 1-nə olan məlumata əsasən, "MicroStrategy"nin sərəncamında 843 706 "Bitcoin" qalıb. Şirkət 2020-ci ildən bəri bu aktivlərin alınmasına bir "Bitcoin" üçün orta hesabla 75 700 dollar alış qiyməti ilə ümumilikdə 63.87 milyard dollar xərcləyib. Hazırkı məzənnə ilə şirkətin ehtiyatları 60.8 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, bu, "MicroStrategy" tərəfindən "Bitcoin"ləri satışı ilk deyil. Bundan əvvəlki analoji əməliyyat 2022-ci ilın dekabrında baş verib. O vaxt şirkət vergi strategiyası çərçivəsində 704 "Bitcoin" satmış, lakin cəmi iki gün sonra yenidən 810 "Bitcoin" satın almışdı.

bitcoin

Mənbə: lent.az

Xəbər lenti