Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb.
Lent.az APA-ya istinadən xəbər verir, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
cəlilabad bədbəxt hadisəMənbə: lent.az