IMG-LOGO

Fərhad Göçerdən sərt reaksiya: "Sefo, Ezhel, Cezanın dırnağı ola bilməyəcək adamlara milyonlar qazandırmayın"

01 Jun 2026 15:07 4 baxış
IMG
2 0

Dünyaca məşhur repçi Kanye Uestin İstanbulda 118 min nəfərin iştirakı ilə konsert verərək karyera rekordu qırması, Türkiyə musiqisinin tanınmış simalarından olan Fərhad Göçerin hədəfinə tuş gəlib. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, sosial media hesabından olduqca kəskin və giley-güzarlı bir açıqlama yayan Göçer, konsertə gedən kütləni tənqid atəşinə tutub.

Konsert üçün ödənilən astronomik məbləğə və dinləyici kütləsinə sərt reaksiya göstərən sənətçi yazıb: "İki işıq, bir tüstü... Adam 30 milyon dolları aldı, getdi... Gedənlərdən soruşsan, bircə mahnısını belə bilməzlər... Vallah, özümü körpüdən atacam!"

Göçer, xarici sənətçilərə göstərilən bu rəğbətin səmimi olmadığını iddia edib.

Tənqidlərinin dozasını daha da artıran Fərhad Göçer, yerli rep sənətçilərini müdafiə edərkən kifayət qədər sərt və kobud ifadələrə əl atıb. Kanye Uesti Türkiyə rep səhnəsinin tanınmış simaları ilə müqayisə edən Göçer, belə bir iddialı çıxış edib: "Lvbel C5, Motive, Uzi, Sefo, Ezhel və Cezanın dırnağı belə ola bilməyəcək adamlara görə, sırf bircə mahnısını bilmədən, sadəcə "görüntü xatirinə" gedib milyonlarla dollar qazandırmayın".

Kanye Uestin konsertinə gedən bütün musiqisevərləri Manisada keçiriləcək öz konsertinə dəvət edən Fərhad Göçer, dinləyicilərinə ironik və iddialı bir vəd də verib: "Söz verirəm, Kanye Uesti aratmayacam!"

Qeyd edək ki, Kanye Uest bu konsertdən 30 milyon dollar qazanıb.

Fərhad Göçer maqazin Kanye Vest

Mənbə: lent.az

Xəbər lenti