IMG-LOGO

50 minə bileti satıldı, 20 dəqiqə səhnədə qaldı: Dünyaca məşhur repçi dinləyiciləri hiddətləndirdi - VİDEO

01 Jun 2026 13:19 2 baxış
IMG
2 0

Dünyaca məşhur repçi Trevis Skottun İstanbul konserti böyük qalmaqalla yadda qalıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bilet qiymətlərinin 50 min lirəyə (təxminən 2500 manat) çatdığı təşkilatçılıq həm ifaçının davranışı, həm də konserin qısalığı səbəbindən kəskin tənqid hədəfinə çevrilib.

Türkiyədəki ilk konserti maraqla gözlənilən repçi, proqramın başlamasını bir saatdan çox gecikdirərək pərəstişkarlarını intizarda qoyub. Saatlarla əvvəl meydanı dolduran kütlənin əsas məyusluğu isə ifaçı səhnəyə çıxdıqdan sonra yaşanıb. Skottun cəmi 20 dəqiqə davam edən çıxışı yüksək məbləğ ödəyən izləyicilərin qəzəbinə səbəb olub.

Konsertin ən çox müzakirə olunan tərəflərindən biri də sənətçinin imici olub. Səhnə boyu üzünü tamamilə örtən aksesuarlardan istifadə edən Skott, izləyicilərlə minimum ünsiyyət qurub. Bu vəziyyət sosial şəbəkə istifadəçiləri arasında ironik şərhlərə yol açıb; bir çoxları səhnədəkinin "saxta Trevis" olduğunu iddia edərək vəziyyəti lağa qoyublar.

Hələ baş tutmamışdan əvvəl biletlərinin qara bazarda astronomik qiymətlərə satılması ilə gündəmə gələn bu tədbir, Türkiyə tarixinin ən baha konsertlərindən biri kimi qeydə alınmışdı. Lakin həm təşkilatçılıqdakı axsamalar, həm də ifaçının qısa performansı konserti "ilin məyusluğu"na çevirib.

İzləyicilər ödənilən məbləğlə nümayiş olunan şounun mütənasib olmadığını bildirərək, təşkilatçıları və sənətçini məsuliyyətsizlikdə ittiham ediblər.

Sizin brauzer video tagını dəstəkləmir. Trevis Skott maqazin

Mənbə: lent.az

Xəbər lenti