IMG-LOGO

Nəvaf Salam: Livan İsrail tərəfindən təhlükəli eskalasiya ilə üz-üzədir

30 May 2026 23:34 3 baxış
IMG

Livanın Baş naziri Nəvaf Salam ölkənin cənubunda İsrail tərəfindən "təhlükəli və görünməmiş" eskalasiyanı pisləyib və dərhal atəşkəsə çağırıb.

"Report"un məlumatına görə, o, bu barədə televiziya vasitəsilə xalqa müraciətində bildirib.

"Yandırılmış torpaq siyasəti İsrailin təhlükəsizliyini təmin etməyəcək", - Salam vurğulayıb.

O, həmçinin Livan və İsrail arasında birbaşa danışıqların tərəfdarı olduğunu bildirərək, diplomatiyanın Beyrut üçün ən az riskli yol olduğunu qeyd edib.

Qeyd edək ki, Livan-İsrail danışıqlarının dördüncü raundu 2-3 iyunda Vaşinqtonda keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti