IMG-LOGO

Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır

30 May 2026 22:29 4 baxış
IMG

Braziliyanın San-Paulu ştatının səhiyyə orqanları Ebola qızdırmasına şübhəli sayılan bir yoluxma halını araşdırır.

"Report"un "Reuters"ə istinadən xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, hazırda Ebola epidemiyasının qeydə alındığı Konqo Demokratik Respublikasına səfərdən sonra bir kişinin hərarəti yüksəlib.

Rəsmi açıqlamada bildirilir ki, pasiyent yoluxucu xəstəliklərə şübhəli bilinən və ya təsdiqlənmiş halları olan xəstələrin nəzarətdə saxlanıldığı ixtisaslaşdırılmış xəstəxanada təcrid edilib.

Mənbə: report.az

Xəbər lenti