IMG-LOGO

Heqset: ABŞ pilotsuz texnologiyaların inkişafına 56 milyard dollar ayıracaq

30 May 2026 20:14 2 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın administrasiyası 2027-ci maliyyə ilinin büdcəsi çərçivəsində ölkənin pilotsuz texnologiyalar sahəsində liderliyini təmin etmək üçün 56 milyard dollar investisiya ayırmağı planlaşdırır.

"Report"un məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" forumunda bəyan edib.

"Prezident Trampın 2027-ci il büdcəsində dronlar sahəsində üstünlüyün təmin edilməsinə 56 milyard dollar məbləğində investisiyanın qoyulacağını görəcəksiniz", - o deyib.

Pentaqon rəhbərinin sözlərinə görə, vəsaitlər ABŞ-nin pilotsuz texnologiyalar sahəsindəki mövqelərinin gücləndirilməsinə yönəldiləcək.

Mənbə: report.az

Xəbər lenti