Türkiyəli məşhur aktrisa Afra Saraçoğlu İspaniya tətilindən paylaşdığı fotolarla yenidən gündəmə gəlib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, Afra Saraçoğlu Madrid küçələrində çəkdirdiyi fotolarda tül detalları olan qara, çiyinləri açıq libas seçib. Aktrisa obrazını mini çanta və bağcıqlı hündürdaban sandaletlərlə tamamlayıb.
Paylaşım qısa müddətdə minlərlə bəyənmə toplasa da, izləyicilər arasında fərqli reaksiyalar doğurub. Bəzi istifadəçilər aktrisanın görünüşünü tərifləyərək “Çox gözəlsən”, “Bu görünüşlə hər kəsi heyran qoyarsan”, “Gözə gələcəksən” və “Bu qədər gözəllik olar?" kimi şərhlər yazıb.
Digər tərəfdən, bəzi sosial media istifadəçiləri geyim seçimini bəyənməyərək “Nəsə tam uyğun görünmür”, “Çox gözəldir, amma geyim seçimi ona uyğun deyil” və “Peşəkar stilistlə işləsə daha yaxşı olar” kimi fikirlər səsləndiriblər.
Maqazin Şou xəbərlər Afra Saraçoğlu


Mənbə: lent.az