IMG-LOGO

Peruda güclü yağışlara görə fövqəladə vəziyyət rejimi uzadılıb

30 May 2026 02:21 4 baxış
IMG

Peru hakimiyyəti ölkənin 11 regionunun 41 rayonunda fövqəladə vəziyyət rejimini 60 gün müddətinə uzadıb.

"Report"un "El Peruano" rəsmi bülleteninə istinadən xəbərinə görə, müvafiq qərarı ölkənin Ali Məhkəməsi qəbul edib.

Sənəd iyunun 1-dən qüvvəyə minəcək. Fövqəladə vəziyyət rejimi Ankaş, Apurimak, Arekipa, Ayakuço, Kaxamarka, Kusko, Uankavelika, Uanuko, Xunin, Lima və Pasko regionlarında tətbiq olunacaq.

Milli Mülki Müdafiə İnstitutunun məlumatına görə, fövqəladə tədbirlər çərçivəsində çayların və yarğanların təmizlənməsi, həmçinin zərərçəkmiş sakinlər üçün müvəqqəti sığınacaqların yaradılması planlaşdırılır.

Qərarda qeyd olunub ki, xilasetmə, bərpa və digər işlər dövlət büdcəsindən əlavə vəsait cəlb edilmədən profil qurumlarının büdcələri hesabına maliyyələşdiriləcək.

Mənbə: report.az

Xəbər lenti