IMG-LOGO

Rumıniya Rusiya dronlarından qorunmaq üçün NATO-dan HHM sistemi istəyib

29 May 2026 23:24 3 baxış
IMG

Rumıniya rəsmi olaraq NATO-ya hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünü sürətləndirmək xahişi ilə müraciət edib.

"Report" "Politico"ya istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu bəyanat yayıb.

Onun sözlərinə görə, qərar Rusiya pilotsuz uçuş aparatının (PUA) Qalatsdakı yaşayış evinə düşməsindən sonra qəbul edilib.

Bununla yanaşı, Rumıniya təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr üçün Şimali Atlantika Şurasının fövqəladə iclasının çağırılması barədə NATO-nun Vaşinqton müqaviləsinin 4-cü maddəsini aktivləşdirməyib.

Qeyd edək ki, mayın 28-dən 29-na keçən gecə Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb. Nəticədə yanğın baş verib, iki nəfər yüngül xəsarət alıb.

Mənbə: report.az

Xəbər lenti