ABŞ hərbçiləri aprel ayının ortasında İranın dəniz blokadasının qurulmasından bəri ümumilikdə 115 gəmini yenidən yönləndiriblər.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Mayın 29-na olan məlumata görə, 115 ticarət gəmisi yenidən yönləndirilib", - paylaşımda qeyd edilib.
Mənbə: report.az