Azərbaycanın Suriyadadakı səfirliyi Xarici İşlər Nazirliyinin tabeliyində olan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə humanitar aksiya keçirib.
"Report"un məlumatına görə, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, aksiya çərçivəsində mayın 27-28-də Baniyas və Homs şəhərlərində 1000 ailəyə qurban əti paylanıb.
Mənbə: report.az